Bu il Azərbaycan 40 min tona yaxın neft bitumu ixrac edib

45

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 39 min 666 tona yaxın neft bitumu ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft bitumunun dəyəri 7,15 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə neft bitumunun ölkənin ümumi ixracdakı payı 0,11% olub.