Bu il Azərbaycan təbii qaz ixracını 80%-dək artırıb

64

Bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 7 mlrd 837 mln 583,3 minkubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Məlumata görə, ötən 4 ay ərzində Azərbaycanın ixrac edilən təbii qazının dəyəri 1 mlrd 131 mln 480,27 minABŞ dolları təşkil edib.

Bu ilin yanvar-aprel ayları ərzində ixrac edilən təbii qazın həcmi ötən ilin müvafiq dövründən 79,53%, dəyəri isə 37,74% çoxdur.

Hesabat dövründə Azərbaycanın ümumi ixracında təbii qazın payı 17,78% olub.