Fələstində Liviya modeli – “Dəniz səlahiyyəti razılaşması balansı dəyişə bilər”

75

Hurriyyet.org xəbər verir ki, Türkiyədə “Mavi Vətən” anlayışının memarlarından biri, istefada olan kont-admiral Cihat Yaycı Türkiyənin Liviya kimi Fələstinlə də dəniz səlahiyyəti müqaviləsini bağlamasını təklif edib. Yaycı deyib: “Bu müqavilə Fələstinin beynəlxalq aləmdə tanınmasını və dolayısı ilə real siyasət baxımından Fələstinə dəstəyi gücləndirəcəkdir”.

Bahçeşehir Universiteti Dənizçilik və Qlobal Strategiyalar Mərkəzinin başçıcı Cihat Yaycı “Yeni Şafak” nəşrinə müsahibəsində Türkiyənin dənizdən Fələstinə qonşu ola biləcəyini göstərən xəritəni təqdim edərək deyib: “2011-ci ildə Şimali Kipr Türk Respublikası ilə imzaladığımız qitə şelfləri sərhədləri ilə bağlı müqavilə buna nümunədir. Bu razılaşma Şimali Kipr Türk Respublikasının BMT üzvü olmamasına rəğmən qüvvədədir. Fələstinlə də eyni formada müqavilə imzalana bilər”.

Cihat Yaycı Türkiyənin Liviya kimi Fələstinlə də dəniz səlahiyyətləri ilə bağlı müqavilə imzalamasını təklif edib.

O, “Yeni Şafak” nəşrinə müsahibəsində İslam Əməkdaşlığı Təşkilatının öhdəsinə böyük iş düşdüyünü qeyd edib: “İƏT Birləşmiş Millətlər Təşkilatını və BMT Təhlükəsizlik Şurasını bir sıra sanksiyalar məcbur eləməlidir. Üzv dövlətlərin əksəriyyətində neft və təbii sərvətlər var. Bundan bu günlərdə “kart” olaraq istifadə edilməyəcəksə, nə zaman ediləcək? İdxal-ixrac məsələlərində məhdudiyyətlər və embarqolar tətbiq edilməlidir”.