“SOCAR Türkiyə” “İşte Yenilik” tətbiqini istifadəyə verib

251

Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Türkiyə” pandemiya səbəbindən ötən bir ildə uzaqdan iş sisteminə keçmənin ardınca çevik iş modelini “İşte Yenilik” tətbiqini istifadəyə verib.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilib ki, ilk olaraq “SOCAR Türkiyə”nin İstanbul ofisində istifadəyə verilən tətbiq vasitəsilə əməkdaşlar uzaqdan və hibrid çalışma modelləri ilə olduqları yerdə iş həyatına davam edir, ehtiyac olduğunda ofisə gəlirlər.

Məlumatda qeyd edilib ki, bu tətbiq şirkətdaxili resurslar hesabına hazırlanıb.