Türkiyə təhlükəsizlik qüvvələri Suriyaya aid gəmidən 1,5 tondan artıq qanunsuz narkotik maddə aşkarlayıb.
“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu tvitter səhifəsində yazıb.
“Sahil Mühafizə Xidməti, polis, narkotiklərlə mübarizə üzrə xüsusi şöbəmiz və pilotsuz uçuş aparatlarımız beynəlxalq suların Suriya sahillərində böyük uğura imza atıb. Müdaxilə edilən gəmidə 1,5 tondan artıq narkotik vasitə ələ keçirilib”, – o bildirib.