ADDA tələbələrinin Bakı Gəmiqayırma Zavodundakı istehsalat təcrübəsi başa çatıb

52

Azərbaycan Dövlət Dəniz Akademiyasının bir qrup tələbəsinin Bakı Gəmiqayırma Zavodundakı istehsalat təcrübəsi başa çatıb.  

150 saatlıq (09.03.2021-17.05.2021) təcrübə proqramı çərçivəsində tələbələr ilkin olaraq texniki təhlükəsizlik təlimlərinə cəlb edilib. Daha sonra onlar Zavodun boru, gövdə, mexanika, elektrik kimi istehsalat sahələrində, o cümlədən icrası davam edən layihələrində əmək təcrübəsinə yiyələniblər. Təcrübənin sonunda proqramı müvəffəqiyyətlə bitirən tələbələrə Zavod tərəfindən müvafiq qiymətləndirilmə sənədi və sertifikatlar təqdim olunub. 

seanews.az