Hindistanda “Tauktae” siklonu Mumbay şəhərinin sahil sularında göyərtəsində 273 nəfərin olduğu gəminin batmasına səbəb olub. Hadisə nəticədə 127 nəfər itkin düşüb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumatı Hindistan hərbi dəniz qüvvələri yayıb. Köməyə gələn qüvvələr 146 nəfəri xilas ediblər. Hazırda itkin düşənlərin axtarışı aparılır. Axtarış işlərinə bir neçə gəmi və helikoter cəlb olunub.
Bildirilir ki, hadisə baş verəndə küləyin sürəti saatda 185 kilometrə çatırmış.
Qeyd edək ki, noyabrın 17-dən Hindistanın qərb sahillərində tüğyan edən “Tauktae” siklonu insan tələfatına səbəb olub, 150 mindən çox sakin isə təxliyə edilib. Təbii fəlakət səbəbindən Mumbay hava limanının fəaliyyəti dayandırılıb.