İran Azərbaycanla sərhəd ərazidə neft quyusu qazacaq

51

İran Milli Neft Şirkəti (NIOC) İranın şimalında yerləşən Muğan düzənliyində qazma işlərinin başlanmasına hazırlaşır.

“APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, qazma işlərinin Azərbaycanla sərhəd bölgədə aparılması planlaşdırılır. Yataqda 4 mlrd. bareldən artıq yüngül xam neftin olması təxmin edilir.

Məlumata görə, Muğan ərazisində axtarış-kəşfiyyat işləri 13 il ərzində aparılıb. Quyunun qazılması “Fath 54″qazma qurğusundan aparılacaq. Sözügedən qurğu Muğana Əhvaz şəhərindən gətiriləcək.

Qeyd olunur ki, qazma işlərini iyun ayının sonunda başlamaq üçün qurğunun nəqli operasiyası təxminən 25 gün çəkməlidir.

Xatırladaq ki, NIOC ABŞ-ın 2018-ci ildə tətbiq etdiyi sanksiyaların səbəb olduğu satış və gəlirlərin azalmasına baxmayaraq, fərqli layihələrin icrasını davam etdirir.