İspaniya 2,7 min qanunsuz miqrantı Mərakeşə qaytarıb

61

İspaniya hakimiyyəti 2,7 min qanunsuz miqrantı Mərakeşə qaytarıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ötən gündən Afrikanın şimal sahilində yerləşən Seuta muxtar şəhərinə qanunsuz daxil olmağa çalışan 2,7 miqrant geri qaytarılıb.

Nazir bildirib ki, Seuta da, Madrid və ya Barselona kimi İspaniya ərazisidir. Daxili işlər naziri dövlət sərhədlərinin müdafiəsində qətiyyətlə hərəkət edəcəklərini vurğulayıb.

Fernando Qrande-Marlaska qeyd edib ki, Seuta şəhərində ordu səfərbər olunub, eyni zamanda, əlavə qüvvələr də kömək üçün göndərilib.