ASCO sədri veteran dənizçi Adil Məmmədovu 80 illik yubileyi münasibətilə təbrik edib

46

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də 80 illik yubileyini qeyd edən veteran dənizçi, təcrübəli gəmi mexaniki Adil Məmmədovla görüş keçirilib.

ASCO sədri Rauf Vəliyev yubiliyarı təbrik edib, ona cansağlığı, uzun ömür arzulayıb. Sədr Adil Məmmədovun Gəmiçilikdəki yarım əsrdən çox əmək fəaliyyətini yüksək qiymətləndirib, dənizçiliyin inkişafına verdiyi töhfələrə görə təşəkkür edib.

Qocaman dənizçi öz növbəsində xoş münasibətə, göstərilən diqqət və qayğıya görə ASCO rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.

seanews.az