Azərbaycan əmtəəlik qaz hasilatını 9%-dən çox artırıb

223

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 11 559,2 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 11 537,8 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı ötən ilin müvafiq dövründən 7,2 %, (əmtəəlik 6,9 %) az olub.

Bu ilin dörd ayında ölkədə 13 766,3 mln kubmetr təbii qaz hasil edilib. Bu həcmin 10 290,9 mln kubmetri əmtəəlik təbii qazın payına düşüb. Bu ilin yanvar-aprel aylarında təbii qaz hasilatı illik müqayisədə 2,7 %, əmtəəlik qaz hasilatı isə 9,3 % artıb.