Azərbaycandan Gürcüstana qaz ixracı azalıb

76

Bu ilin ilk dörd ayında Gürcüstan Azərbaycandan 92,8 milyon ABŞ dolları dəyərində 609,1 min kubmetr həcmində təbii qaz tədarük edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, bu, ötən ilinn eyni dövrünə nisbətdə 24,1 % azdır.

Yanvar-aprel aylarında qonşu ölkə Azərbaycandan 27,5 milyon ABŞ dolları dəyərində 59 min ton neft və neft yağları da idxal edib ki, bu da illik müqayisədə 38,7 % çoxdur.