Finlandiya liman sənayesi sahəsində öz bilik və təcrübələrini Azərbaycana təklif edir

58

Finlandiya liman sənayesi sahəsində öz bilik və təcrübələrini Azərbaycana təklif edir.

Bunu Trend-ə Finlandiya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin direktoru Sirpa Oksanen deyib.

Onun sözlərinə görə, əgər Azərbaycan aparıcı regional nəqliyyat qovşağına çevrilməyə çalışırsa, hava, yerüstü və dəniz nəqliyyatının bütün komponentlərinin işləkliyini təmin etməlidir:

“Finlandiyada liman logistikası və gəmiqayırma sahəsində iri şirkətlər işləyir. Limanlar Finlandiya dəniz sənayesinin güclü tərəflərindən biridir. Ölkənin bütün limanları ilin soyuq aylarında buz bağladığı üçün biz ekstremal şərtlərdə müstəsna iş biliklərinə və təcrübəsinə malikik”.

S.Oksanen əlavə edib ki, Finlandiyanın dəniz sənayesi buzqıranlardan tutmuş okean laynerlərinədək bütün növ gəmilərin istismarı sahəsində geniş məlumatlara malikdir.