Veteran dənizçi Adil Məmmədov 80 illik yubileyini qeyd edir – VİDEO

57

Bu gün veteran dənizçi, təcrübəli gəmi mexaniki Adil Məmmədov 80 illik yubileyini qeyd edir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Sosial inkişaf və nəqliyyat şöbəsinin və Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları yubiliyara evində baş çəkib, onu doğum günü münasibətilə təbrik ediblər.

Ziyarət zamanı  Adil Məmmədovun dənizçilik sahəsindəki xidmətləri xatırlanıb, onun məhsuldar fəaliyyətinin gənc nəslə örnək olduğu bildirilib.

Adil Məmmədov həmkarlarının qədirbilənliyinin ona yüksək əhval-ruhiyyə bəxş etdiyini söyləyib. Qocaman dənizçi bildirib ki, təqaüdə çıxamağına baxmayaraq, özünü yenə də dənizçilər ailəsinin ayrılmaz üzvü hesab edir.

Həmkarları ona ASCO-nun sədri Rauf Vəliyev başda olmaqla, bütün dənizçilərin salamlarını və xoş sözlərini çatdırıb, cansağlığı, uzun ömür arzulayıblar.

ASCO-nun İctiamiyyətlə əlaqələr departamenti “Dənizçi ömrü” layihəsi çərçivəsində təcrübəli mexanik barədə video hazırlayıb. Həyatının yarım əsrdən çox hissəsini gəmiçiliyin inkişafına həsr edən Adil Məmmədov haqqında hazırlanmış videonu təqdim edirik.