Volqa-Xəzər kanalı yenidən qurula bilər

88

Həştərxan vilayətinin hökuməti bölgənin su nəqliyyatı sisteminin – Volqa-Xəzər gəmi kanalının yenidən qurulması təşəbbüsü ilə çıxış ediblər.

“Seanews.az” xəbər verir ki, bu barədə bölgənin Sənaye və Təbii Resurslar naziri Denis Afanasyev danışıb.

Nazir bildirib ki, bu layihə gəmiçilik sənayesi üçün yeni perspektivlər açacaq.

“Həştərxandan Rostova qədər olan daxili su yolları hissəsində naviqasiyanı il boyu təmin etmək üçün Həştərxan vilayətinin su nəqliyyatı sistemini – Volqa-Xəzər dəniz nəqliyyatı kanalını yenidən qurmaq lazımdır. Son bir ildə sözügedən ərazidə gəmilərin saya oturma halı 12 dəfə qeydə alınıb. Yenidənqurma işlərinə gəmilərin keçid dərinliyi və kanalın uzunluğu boyunca ikitərəfli nəqliyyatın təşkili də daxildir”- deyə, nazir əlavə edib. 

Volqa deltasında Bəxtəmir çayının və Xəzərin dərin su hissələrini birləşdirən Volqa-Xəzər gəmi kanalı gəmilərin Rusiyanın Olya və Həştərxan limanlarına girməsinə imkan verir.