Avropanın ən böyük tullantı zibilliyi olan ölkə

71

Hər il 381 milyon ton plastik tullantı yarandığı halda, yalnız yüzdə doqquzu təkrar emal olunur və hər gün təxminən 8 milyon plastik tullantı okeanlara atılır.

“Greenpeace”in yayımladığı son hesabatda bildirilir ki, bəzi ölkələr plastik tullantıların ixracına qadağa qoyulduqdan sonra, Türkiyə Avropada yaranan tullantıların yeni sahibi kimi önə çıxır.

2020-ci ildə Türkiyə ərazisinə 659 960 ton plastik tullantı gəlib. Bu rəqəm son bir ildə 13 faiz artıb.

Türkiyə 13,7 milyon ton plastik tullantı idxalatı ilə pik həddə, Hindistan 2,9 milyon tonla ikinci yerdədir.

Keçən il Böyük Britaniyadan plastik tullantıların 40 faizi Türkiyəyə ixrac edilib və qanunsuz olaraq toplanaraq yandırılıb.

Tədqiqatçılar bildiriblər ki, tullantıların bir hissəsi yollara, tarlalara və su mənbələrinə atılır və təkrar istifadə edilmədən bu ərazilərdə yandırılır.

Dünya suyunun 97 faizini təşkil edən və milyonlarla canlı növünün yaşayış yeri olan okeanlar sürətlə çirklənir. Hər gün 8 milyon plastik və ildə 12,7 milyon ton plastik tullantıların okeanlara tökülməsi ilə dəniz həyatına və ekosistemə dəyən zərər düzəlməz hala gəlir.