“Forsaj-9” filminin “Neft Daşları”nda sərgüzəştləri

75

“The fast and the furious” (Sürətli və acıqlı) seriyasından olan dünyaca məşhur “Forsaj-9” filminin Azərbaycanda lentə alınan səhnələrinin görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, həmin fotolar “Baku Media Center”in feysbuk hesabında paylaşılıb. Qeyd olunub ki, kadrların lentə alınmasını məşhur “Universal Pictures” studiyası ilə müqavilələri olduğu üçün həyata keçirə biliblər.

Xatırladaq ki, Los-Anceles, Edinburq, Tayland, London və Tiflisdə baş tutan dünya üzrə tanınan bu filmin bir səhnəsi də Azərbaycanda ekranlaşdırılıb.

Vin Dizel, Mişel Rodrigez, Cordana Bruster, Tayres Gibson, Con Sena, Helen Mirren və Şarliz Teron kimi ulduzların rol aldığı “Forsaj” (The fast and the furious) hazırda səkkiz tammetrajlı və iki qısametrajlı filmlərdən ibarətdir. Bu filmlər 2001-2019-cu illərdə istehsal olunub. “Forsaj” filmlərinin ümumi kassa gəliri 5,1 milyard dolları keçib.