Qazaxıstanın “Samruk-Kazyna” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Almasadam Satkaliyev ilə “LUKoyl”in prezidenti Vahid Ələkbərov arasında görüş keçirilib. Görüşdə şirkətlər arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.
AZƏRTAC “inform.kz” saytına istinadla xəbər verir ki, tərəflər Xəzər şelfindəki layihələrin inkişafı da daxil olmaqla, neft və qaz sənayesinin investisiya cəlbediciliyinin yaxşılaşdırılması üçün fəal iş aparıldığını qeyd ediblər. Görüşdə şirkətlər arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğu və perspektivli neft-kimya layihələrinin icrasında iştirakın gücləndirilməsi təklif edilib.