“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Container” MMC Türkiyə istiqamətində konteyner nəqlini davam etdirir.
Bu barədə Trend-ə MMC-nin mətbuat xidmətindən bildiriblər
Qeyd olunub ki, ümumilikdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına müxtəlif yüklər daşıyan 40 futluq 141 konteyner gətirilib:
“Bu konteynerlər aşırıldıqdan sonra onların üç blok-qatarla Türkiyəyə nəqli planlaşdırılır”.