Balıqçı gəmiləri sahildən on milədək uzaqlaşa biləcək

343

Dənizə çıxarkən balıqçılıq təyinatlı mühərrikli kiçik həcmli gəmilərlə sahildən on dəniz milinədək, digər üzmə vasitələri ilə isə sahildən iki dəniz milinədək uzaqlaşmağa yol veriləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanuna dəyişiklik təklif edilən dəyişiklikdə əksini tapıb.

Əvvəllər sadəcə dənizə və sərhədboyu çayların, çöllərin başqa sututarların sularına çıxmağa qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələrinə dənizə çıxarkən sahildən iki milədək uzaqlaşmağa yol verilirdi.

Bu zaman Hərbi-Dəniz Qüvvələrinin istifadəsində olan üzmə vasitələri, habelə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət Gəmi Reyestrində qeydiyyata alınan gəmilər və dənizə və sərhədboyu çayların, çöllərin başqa sututarların sularına çıxmağa qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələri nəzərə alınır.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.