Oktyabrda Bakıda 8-ci Xəzər Texniki Konfransı keçiriləcək

78

2021-ci il oktyabrın 5-7-də Bakıda 8-ci Xəzər Texniki Konfransı keçiriləcək.

Bu barədə Neft-Qaz Sənayesi Mühəndisləri Cəmiyyətindən bildirilib.

Builki konfransına mövzusu “Yeni reallıqlara uyğunlaşma – səmərəlilik və məhsuldarlığıın maksimum artırılması” olacaq.

Konfrans zamanı “Yeni texnologiyalar və rəqəmsallaşma vasitəsilə dəyərlərin açılması”, “Mürəkkəb bazarda istedadların cəlb olunması və saxlanması”, “Dəyişən şərtlərdə səmərəliliyin maksimum artırılması” adlı müzakirə panelləri olacaq.

2019-cu ildə Azərbaycanda keçirilmiş əvvəlki konfransda 26 ölkədən 500-dən çox iştirakçı yer almışdı. Tədbirdə SOCAR, BP, “Total”, TCO və bir çox digər şirkət v qurumların nümayəndəsi iştirak etmişdi.