Türkiyədə kəskin dəyişən hava şəraiti fəsadlar yaradıb

307

Bu gün səhər saatlarından başlayaraq Türkiyədə kəskin dəyişən hava şəraiti böyük fəsadlar yaradıb.

AZƏRTAC xəbər verir ki, qardaş ölkənin Balıkesir vilayətinin Ayvalık rayonunda yağan leysan yağışı və əsən güclü külək səbəbindən 20 qayıq batıb, çox sayda evin dam örtüyü uçub. Analoji vəziyyət İzmir vilayətində də qeydə alınıb. Şəhərin Dikili rayonunda əsən küləyin şiddətindən çox sayda ağac kökündən çıxıb, maşın və qayıqlara böyük zərər dəyib.

Hidrometeoroloqlar bu gün günorta saatlarından başlayaraq ölkənin Marmara bölgəsində, xüsusilə İstanbulda da hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər, dolu yağacağı gözlənilir.