Türkiyə Sahil Mühafizə Komandanlığı yerli istehsal qayıqlarını arsenalına qatacaq

213

Türkiyədə çoxistiqamətli istehsalın inkişafı gəmiçilik sahəsinə də böyük uğurlar gətirməkdədir. Antalyada fəaliyyət göstərən azad istehsal sahəsində inşa olunan qayıqlar ölkə xaricində böyük alıcı qazandığı kimi ölkə daxilində də celbediciliyini artırıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Sahil Mühafizə Komandanlığı “Ares” tərsanəsində istehsal olunan bu qayıqların alıcısına çevrilib. Bildirilir ki, “Ares” tərsanəsində Sahil Mühafizə Komandanlığı üçün 122 qayığın istehsalına başlanılıb. Ərəb ölkələrinin siyasi elitası tərəfindən davamlı olaraq lüks yaxtaların sifarişini alan “Ares”in qayıqları sürətinə, mürəkkəb hava şəraitində təhlükəsiz hərəkətinə və digər texniki göstəricilərinə görə etibar qazanıb.