Bu il Ceyhan limanından 80 milyon bareldən çox BTC nefti nəql edilib

90

Bu ilin ötən dövrü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “BOTAS International Limited” (BIL) şirkəti Ceyhan terminalından 80,443 milyon barel xam neft nəql edib.

“Report” şirkətə istinadən xəbər verir ki, bu həcmdə xam neft 111 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

Ümumilikdə indiyə qədər limandan 3 mlrd 651 mln barel xam neft 4 770 tankerə yüklənib.

Qeyd edək ki, BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftin ilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub.