“DSD” İctimai Birliyi “Seanews.az” saytını təltif edib

83

“Dənizçilərə Sosial Dəstək” (DSD) İctimai Birliyinin dövlət qeydiyyatına alınmasından bir il ötür. Bu münasibətlə İctimai Birliyin rəhbərliyi, üzvləri və tanınmış dənizçilərin iştirakı ilə tədbir keçirilib.

Birliyin sədri, şair, gəmi kapitanı Faiq Balabəyli bir il ərzində görülən işlər barədə geniş  hesabat verib.

Hesabat tədbirində Birliyin fəaliyyətində yaxından iştirak edən dənizçilər və ayrı-ayrı peşə sahibləri təltif olunublar. Ağır və şərəfli dənizçi həyatını əks etdirən məqalə və xəbərləri vaxtaşırı işıqlandırdığına görə “Seanews.az” saytı da “Neptun” diplomuna layiq görülüb.  

seanews.az