Yaponiya Şimal qütbünün iqlimini, ətraf-mühitini, eləcə də təbii qaynaqlarını araşdırmaq üçün LNG ilə işləyən buzqıran gəmi inşa edəcək. Bununla bağlı tender elan olunub.
“Seanews.az” xəbər verir ki, tender üzrə təkliflər iyul ayınadək qəbul olunacaq. Nəticə isə avqustda açıqlanacaq.
Gəminin 2026-cı ildə araşdırmalara başlaması nəzərdə tutulur.
128 metr uzunluğunda olacaq gəmi 1.2 metr qalınlığa malik buzda 3 düyün sürətlə gedəcək.
Gəminin tikintinə təxminən 310 milyon dollar xərclənəcək.