Çin gəmiləri Yaponiyanın ərazi sularına girdi

68

Yaponiya dəniz təhlükəsizliyi xidməti ərazi sularında dörd Çin gəmisini qeydə alıb.

“Kyodo” agentliyi xəbər verir ki, gəmilər Senkaku adalarının rayonlarına məxsus sularında görünüb.

Onlardan ikisi bir yapon balıqçı gəmisinə yaxınlaşmağa cəhd edib.

Qeyd edilir ki, Çin gəmiləri bu ilin əvvəlindən bəri ərazi sularında 18-ci dəfədir ki, görünürlər. Gəmilərin birində avtomatik top müşahidə olunub.

Senkaku adaları Çin və Yaponiya arasında mübahisəli ərazidir.

Yaponiya ərazinin 1895-ci ildən onda olduğunu iddia edir, Pekində isə 1783 və 1785-ci illərdəki Yapon xəritələrində buranın Çin ərazisi kimi təyin olunduğunu xatırladılır.

II Dünya Müharibəsindən sonra adalar ABŞ-ın nəzarəti altında olub və 1972-ci ildə Yaponiyaya verilib.