Şri-Lankada təhlükəli yük daşıyan konteyner gəmisində partlayış olub – VİDEO

68

Mayın 25-də Şri-Lankanın Kolombo limanı yaxınlığında azot turşusu daşıyan «X-Press Pearl» konteyner gəmisində partlayış baş verib.  Partlayış beş gün əvvəl gəmidə başlayan yanğını söndürərkən olub.

“Seanews.az” xəbər verir ki,  heyət təxliyə edilib. 8 konteyner dənizə düşüb.

Hazırda partlayış nəticəsində dağılmış gəmi sahil xəttindən 50 dəniz mili məsafəyə aparılır. Alovun daha da gücləndiyi ehtimal olunur.