BP SWAP layihəsi çərçivəsində ilk kəşfiyyat quyusunun qazılması üçün hazırlıq işlərini bitirir

63

Böyük Britaniyanın BP şirkəti Abşeronun dayaz sularında SWAP layihəsi çərçivəsində planlaşdırılan üç kəşfiyyat quyusundan birincisinin qazılması üçün hazırlıq işlərini bitirir.

Bu barədə Trend-ə “BP Azerbaijan” şirkətindən bildiriblər.

Şirkətdən məlumat verilib ki, SWAP layihəsi çərçivəsində birinci quyunun qazılması üçün ekoloji və sosial-iqtisadi təsirin qiymətləndirməsinə dair sənəd 2020-ci ilin avqustunda açıqlanıb:

“İctimai müzakirələrdən sonra layihə hökumət tərəfindən 2021-ci ilin yanvarında təsdiqlənib. Bu il qazmanın başlaması üçün razılıq alınıb”.

Qeyd edək ki, SOCAR və BP 2014-cü ilin dekabrında Abşeron yarımadasının dayaz sularında potensial yataqların kəşfi və işlənməsi üzrə pay bölgüsü ilə bağlı saziş imzalayıblar.