İndiyə qədər görünməmiş miqyasda təlimlər başladı – “Dənizqurdu 2021”-də 25 500 hərbçi iştirak edəcək

75

Hurriyyet.org xəbər verir ki, Türkiyə donanması mart ayında keçirilən “Mavi Vətən” təlimindən sonra “Dənizkurdu 2021” təlimləri ilə yenidən Egey və Şərqi Aralıq dənizində fəallaşacaq. Təlimlər bu gün başlanır.

Türkiyə Dəniz Qüvvələrinin indiyə qədər keçirdiyi ən geniş miqyaslı təlim olan “Dənizqurdu 2021”-də 25 500 nəfər hərbçi iştirak edir.

Bəlli olduğu kimi, Egey və Aralıq dənizlərindəki enerji mənbələri səbəbindən vaxtaşırı bölgədə vəziyyət gərginləşir. Türkiyənin Dəniz Qüvvələri bu mübarizədən onun üçün böyük əhəmiyyətə malikdir.

Təlimdə 132 gəmi, 10 sualtı gəmi, 43 təyyarə, 28 vertolyot və 14 dron iştirak edəcək. Quru və hava qüvvələri ilə yanaşı, 10 dövlət müəssisəsi və Türkiyənin Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq da sınaqdan keçiriləcək.

Hərbi qüvvələrin suüstü müharibə, sualtı müdafiə, elektron savaş, sualtıların əməkdaşlarını xilasetmə bacarıqları yoxlanılacaq.

Təlimin sonuna qədər 83 gəmi Egey və Şərqi aralıq dənizində 22 limanı ziyarət edəcək. Təlimlərin iyunun 5-də başa çatması planlaşdırılır.