Gəmidə aşpazların təlimatlandırılması məqsədilə yeni kitab nəşr edilib

104

Gəmi aşpazı zəif təlim keçmiş və ya bacarıqsız olarsa, bu, heyətin ac qalmasına və işlərin effektiv olmamasına gətirib çıxara bilər.

“Seanews.az” xəbər verir ki, bu peşə sahiblərini dəstəkləmək üçün Beynəlxalq Dəniz Gəmiçiliyi Palatası (ICS) karyera artımını izləməyə, işəgötürənlər və həmkarları ilə bilik və bacarıqları bölüşməyə imkan verən “Training Record Book” adlı kitab nəşr edib.

Palatanın məşğulluq üzrə direktoru Natali Şou qeyd edir:

“Təlim almış gəmi aşpazları donanmanın təhlükəsiz idarə olunması üçün vacibdir. Dənizçilər gəmidə bir neçə ay yaşayır və işləyirlər, buna görə qida onların dənizdə uzun müddət qalmalarına və əhvallarına təsir edir. Ləzzətli və lazımi qaydada hazırlanmış yeməklər, heyətin vəzifələrini səmərəli yerinə yetirməsinə imkan verməklə yanaşı, səyahət zamanı sağlamlıq və mənəvi vəziyyətin qorunması üçün də vacibdir.”

“Training Record Book” – aşpazların gəmidə çalışdıqları müddətdə bacarıqlarını nümayiş etdirən və öyrənmə mərhələlərini və təcrübələrini qeyd edən ilk qlobal resursdur.

Sözügedən kitab səyahət zamanı dənizçilər üçün uyğun qidanın təhlükəsiz hazırlanmasında bacarıqların artırılması üçün faydalı ola bilər. Bu vəsait istənilən ölkənin həm gəmilərində, həm də müvafiq akademiyalarında istifadə edilə bilər.

Beynəlxalq Dəniz Gəmiçiliyi Palatası (İCS) bu təşəbbüsü Beynəlxalq Əmək Təşkilatının Həm gəmi aşpazlarının təlimi təlimatında həm praktiki bacarıqları, həm də təhlükəsizlik məsələlərini – spesifik bişirmə metodlarını və allergik reaksiya və ya qida dözümsüzlüyünü əhatə edən səlahiyyət tələblərinə cavab olaraq həyata keçirmişdir.

Beynəlxalq Dəniz Gəmiçiliyi Palatası bu təşəbbüsü Beynəlxalq Əmək Təşkilatının təhlükəsizlik tələblərinə cavab olaraq həyata keçirib.

“Training Record Book” kitabının qiyməti 30 funt dəyərində müəyyən edilib.