ABŞ 1991-ci ildən ilk dəfə İrandan neft idxal edib

45

İran İslam Respublikası 1991-ci ilin noyabrından ilk dəfə ABŞ-a gündəlik 33 min barel həcmdə neft ixrac edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyası İdarəsi məlumat yayıb.

Qeyd edilir ki, İran sonuncu dəfə 1991-ci ilin noyabrında ABŞ-a neft ixrac edib. Həmin vaxt təchizatın gündəlik həcmi 64 min barel təşkil edib.

Öz növbəsində Rusiya da ABŞ-a neft və neft məhsullarının ixracını fevralla müqayisədə 1,8 dəfə – 22,94 milyon barelə qədər artırıb. Beləliklə, Rusiya yanacağın həcminə görə ikinci yerə yüksəlib. Siyahıda birinci yeri Kanada (139,87 milyon barel) tutub. Üçüncü yerdə 17,62 milyon barellə Meksika qərarlaşıb.