Dənizçilərin peyvənd olunması dünya üçün faydalıdır

56

“North” sığorta agentliyi “Dənizçilərin peyvənd olunması dünya üçün faydalıdır” adlı buklet hazırlayıb. 

“Seanews.az” xəbər verir ki, bukletdə dünya ticarət və iqtisadiyyatının taleyinin dənizçilərin peyvəndlənməsindən asılı olduğu qeyd edilib. 

Bildirilib ki, peyvənd sertifikatına malik dənizçilər rahatlıqla dünyanın istənilən yerində heyət dəyişikliyi prosesində iştirak edə biləcək, onların sahilə çıxma məhdudiyyətləri daha az olacaq.  Bundan başqa, vaksin olunmuş dənizçilərin təmasda olduqları insanların sağlamlığına mənfi təsir göstərmə ehtimalı azalacaq. 

Artıq sənaye təşkilatları dənizçilərin peyvənd olunmasını əsas prioritet olaraq qəbul edilməsi üçün çağırışlara qatılıb. Bu, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Dəniz Təşkilatı rəhbərlərinin də dənizçilərin “Covid-19″a qarşı peyvənd olunmasına diqqət yetirmələrinə səbəb olub.  Bununla belə, dənizçilərin peyvənd məsələsi qeyri-müəyyən olaraq qalır. Bir çox ölkələrin koronavirusa qarşı immunizasiya üçün ilk qrup olaraq donanma işçilərinə lazımi diqqət yetirmədikləri beynəlxalq təşkkilatlarda narahatlıq doğurur.