2021-ci ilin aprelində Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 248,895 milyon dollar təşkil edib ki, bu da ötən ilin apreli ilə müqayisədə 110,516 milyon dollar çoxdur.
Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
2021-ci ilin aprelində Türkiyədən Azərbaycana ixrac 195,712 milyon dollar, Azərbaycandan idxal isə 53,183 milyon dollara bərabər olub.
Statistikaya əsasən, bu ilin yanvar-aprel aylarında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 292,833 milyon dollar artaraq 917,342 milyon dollar təşkil edib.
Hesabat dövründə Türkiyədən Azərbaycana ixrac 687,596 milyon dollar, Azərbaycandan idxal isə 229,746 milyon dollara bərabər olub.
Qeyd edək ki, 2020-ci ildə Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 2019-cu illə müqayisədə 187,296 milyon dollar artaraq 2,221 milyard dollar təşkil edib.
İl ərzində Türkiyədən Azərbaycana ixrac 1,855 milyard dollar, Azərbaycandan idxal isə 366 milyon dollara bərabər olub.