Ceyhan terminalından yola salınan AÇG neftinin həcmi 84 milyon barelə çatır

211

Türkiyənin “BOTAŞ International Limited” (BIL) şirkəti bugünədək Ceyhan neft terminalından 3,655 milyard barel neft nəql edib.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Bugünədək terminaldan “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından neft daşıyan 4 775 tanker yola salınıb.

2021-ci ilin əvvəlindən Ceyhan neft terminalından 116 AÇG nefti daşıyan tanker və ya 83,9 milyon barel neft yola salınıb.