Dəniz Mühəndisliyi Bürosunun baş direktoru Gennadi Yeqorov vəfat edib

41

MDB məkanında gəmi layihələndirilməsi ilə məşğul olan nüfuzlu layihə təşkilatı Dəniz Mühəndisliyi Bürosunun təsisçisi, baş direktoru, Rusiya donanmasının aparıcı dizayneri, professor Gennadi Yeqorov 30 may 2021-ci il tarixində 55 yaşında vəfat edib.

Gennadi Yeqorov dünyanın bir çox ölkəsində tanınırdı və sevilirdi. Onun rəhbərlik etdiyi Dəniz Mühəndisliyi Bürosu ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC  (ASCO) arasında uzun illərə söykənən  uğurlu əməkdaşlıq mövcuddur. İndiyədək Büro Gəmiçiliyin sifarişi ilə tikilən bir çox gəminin layihələndirilməsində yaxından iştirak edib.

Bu səbəbdən onun vəfatı ASCO ailəsini də dərindən kədərləndirdi.  Gennadi Yeqorovu hörmətlə anır, yaxınlarına dərin hüznlə başsağlığı veririk.