Cari ilin yanvar-aprel aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 165,4 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 148 milyon ABŞ dollarıdır.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, dörd ayda dəniz nəqliyyatı ilə ixrac olunan 36 min ton yükün dəyəri 19 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 129,3 min tondan çox, dəyəri isə 129 milyon dollar olub.