Gəmi tikintisinə dair sifarişlərin həcmi iki dəfə artıb

87

Cari ilin ilk beş ayında gəmi inşası sifarişlərinin ümumi həcmi 2020-ci ilin analoji dövrünə nisbətən 119,7% artıb.

“Seanews.az” xəbər verir ki, bu barədə “Offshore Energy” “BİMCO” sənaye assosiasiyasına istinadən məlumat yayıb.

Hazırda gəmiqayırma zavodlarında ümumi tutumu 43.6 milyon TEU olan gəmilərin inşası davam edir. Ötən ilin analoji dövründə bu rəqəm 19.8 milyon idi.

Neft tankerlərinin inşası ötən ilə nisbətən 47.4% artıb.

Quru yük gəmilərinin tikintisinə dair sifariş 2020-ci ilə nisbətən cüzi artıb. 

Ekspertlərin sözlərinə görə, konteyner gəmilərinin sifarişi cari ildə rekord həddə yüksəlib. Belə ki, bu ilin ilk 5 ayında ümumi tutumu 2.2 milyon TEU olan konteyner gəmiləri sifariş verilib. Bu rəqəm ötən ilin göstəricisindən 12 dəfə çoxdur.