SOCAR-ın İdarəsi bu il qeyri-neft ixracından qazancını 43%-dən çox artırıb

221

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” qeyri-neft sektoru üzrə 67 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə 20,2 milyon ABŞ dolları və yaxud 43,2% çoxdur.

Qeyd edək ki, 2020-ci ilin yanvar-aprel ayları ərzində isə SOCAR-ın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” qeyri-neft sektoru üzrə 46,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.