“Dalğa” və “Xəzər” bağçalarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbirlər keçirilib

41

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  “Dalğa” və “Xəzər” bağçalarında tədbirlər keçirilib.

ASCO-nun İstehsalat Xidməti İdarəsi və Sosial inkişaf və nəqliyyat şöbəsinin təşəbbüsü ilə təşkil olunan tədbirlərdə bağçaların müəllimələri və valideyinlər iştirak ediblər.

Uşaqlar böyük həvəs və sevgi ilə mahnılar oxuyub, şeirlər səsləndirib  və bir-birindən maraqlı rəqslər ediblər.

Bağçaların məktəbə qədər hazırlıq alan şagirdlərinə maraqlı hədiyyələr təqdim olunub.