FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində tədris-metodiki toplantı keçirilib

382

İyunun 2-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq tədris-metodiki toplantı keçirilib.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, toplantıda Xidmətin rəhbərliyi, dalğıc-axtarış qrupları və sularda xilasetmə məntəqələrinin məsul şəxsləri iştirak ediblər.

Xidmətin rəisi, daxili xidmət general-mayoru Rüfət Fəradov tədbirdə çıxış edərək ötən il su obyektlərində suda boğulma hadisələri ilə mübarizə istiqamətində həyata keçirilmiş tədbirlər haqqında geniş məlumat verib. Eyni zamanda, su hövzələrində axtarış-xilasetmə tədbirləri, dalğıc işləri və insanların sularda təhlükəsizliyinin təmin olunması sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə görülmüş işlər diqqətə çatdırılıb.

Daha sonra Xidmətin struktur bölmələrinin əməkdaşları 2021-ci il üçün çimərlik mövsümünə hazırlıq işlərinin təşkili, suda bədbəxt hadisələrin qarşısının alınması ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparılması, çimərliklərdə təhlükəsizlik qaydaları, xilasetmə avadanlıqlarından istifadə zamanı texniki təhlükəsizlik tələbləri haqqında hesabat xarakterli çıxışlar ediblər.

Sonda Xidmət rəisi insanların sularda təhlükəsizliyi və axtarış-xilasetmə tədbirlərinin daha səmərəli təşkili üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.