Sakit okeanın dibində dünyanın ən dərin quyusu qazılıb

37

Alimlər qədim zamanlarda baş vermiş zəlzələləri öyrənmək üçün Yaponiya sahillərində, Sakit okeanın dibində dünyanın ən dərin quyusunu qazıblar.

“Seanews.az” xəbər verir ki, quyu dəniz səviyyəsindən 8023 m aşağıda, 2011-ci ildə Fukusimada sunami və nüvə fəlakətinə səbəb olan zəlzələnin episentri yaxınlığında yerləşir.

Alimlər okeanın dibindən uzunluğu 38 metr olan qaya parçası çıxarmağa nail olublar. Bu, onlara on illiklər öncə baş vermiş və qeydə alınmamış zəlzələlərin nədən qaynaqlandığını aydın edəcək.

Bundan əvvəl ən dərin quyu 1978-ci ildə Marian çökəkliyində, dəniz səviyyəsindən 7034 metr aşağıda qazılmışdı.