Şri-Lanka sahillərində bir neçə gündür yanan konteyner gəmisi batır – VİDEO

52

Şri-Lankanın qərb sahillərində “X-Press Pearl” adlı konteyner gəmi güclü yanğından sonra tədricən batmağa başlayıb.

“Seanews.az” xəbər verir ki,  gəmini yedəyə almağa çalışsalar da,  trosların bərkidildiyi yerin suya batması səbəbindən əməliyyat mümkün olmayıb.

Xatırladaq ki, adıçəkilən gəmidə yanğın mayın 20-də Kolombo şəhərindəki lövbər dayanacağında baş verib.  Yanğına konteynerlərdən birindəki nitrat turşusunun sızması və digər kimyəvi maddələrlə reaksiyaya girməsi səbəb olub. 

Heyət hələ Ərəb dənizində olarkən sızıntını aşkar edib.Qətər və Hindistan limanlarına daxil olmaq icazəsi verilmədiyindən gəmi Şri-Lankaya qədər üzmək məcburiyyətində qalıb.

Sızıntı mayın 25-də gəminin göyərtəsində güclü partlayışa səbəb olub.

Tutumu 2.7 min TEU olan konteyner gəmisi 4 ay əvvəl istismara verilmişdi.

gemi_1-328.jpg
gemi_2-281.jpg
gemi_3-211.jpg
gemi_4-135.jpg