LNG satışları rekord həddə çatdı

44

Dünya boyu mayeləşdirilmiş təbii qaz (LNG) satışlarının həcmi 2020-ci ildə rekord həddə çatıb.

“Report” xəbər verir ki, Beynəlxalq Qaz İttifaqının (IGU) son illik hesabatına görə ötən il satışlar daha çox ABŞ və Avstraliya ixracatı hesabına 0,4 %, yaxud 1,4 milyon ton artıb. 2019-cu ildə isə artım 11,5 %, yəni 40,9 milyon ton təşkil edib.

LNG ixracatçısı ölkələrin reytinqində Avstraliya Qətəri keçərək birinci yerdə qərarlaşıb. Həmçinin dünya LNG idxalatının 70 %-i Asiya ölkələrinin payına düşüb.

“COVID-19 bu bazarlar üçün böyük məhdudiyyətləri şərtləndirsə də, onlar 2020-ci ildə qiymətlərin azalmasından irəli düşərək əlavə LNG həcmləri əldə edib, bəzi hallarda isə yenidən qazlaşdırma qurğularının gücünü artırıblar”, – deyə hesabatda qeyd olunur.