NATO Baltik dənizində Baltops təlimlərinə başlayıb

46

NATO bu gün Baltik dənizindəki ən böyük beynəlxalq hərbi təlim “Baltops 2021″ə başlayıb.

APA TASS agentliyinə istinadən bildirir ki, bu barədə Alman Hərbi Dəniz Qüvvələrinin Kieldəki mətbuat xidməti məlumat verib.

Məlumata görə, 18 iyuna qədər davam edəcək manevrlərdə ümumilikdə 40 hərbi-dəniz birləşməsi, 60 təyyarə və 4 minə yaxın hərbçi iştirak edir.

Təlimdə 16 NATO ölkəsi, Finlandiya və İsveç iştirak edir.