17 iyun tarixindən Bakı Limanında “Liman logistikası və dəniz nəqliyyatı” mövzusunda təlim keçiriləcək

50

10 gün davam edəcək təlimdə Bakı Limanı və dünyanın mühüm dəniz limanları, limanlarda yükaşırma prosesləri və bu proseslərdə istifadə olunan mexanizmlər, limanın kəmiyyət və keyfiyyət iş göstəriciləri, gəmilərin və konteynerlərin bölgüsü, yüklərin markalanması, dəniz yolu ilə daşınması və bu daşımalarda istifadə olunan nəqliyyat sənədi və sair barədə peşəkar mütəxəssislər tərəfindən ətraflı məlumat veriləcək.

Qeydiyyatdan keçmək üçün 055 233 99 57 mobil nömrəsi və ya [email protected] adresi ilə əlaqə saxlaya bilərsiniz.

Təlim və təlimçilərlə bağlı ətraflı məlumatı, aşağıda təqdim etdiyimiz linkdən və ya şəklin üzərindəki QR kodu oxudaraq da ala bilərsiniz.