Bu şirkətlər işçi yığır: əmək haqqı 600 – 1500 manat – 15 VAKANSİYA

117

VAKANSİYA 1

Şirkət: “SR Group” MMC
Vakansiya: Əlaqə Mərkəzinin mütəxəssisi

Tələblər:

∙ Ali təhsil;
∙ Azərbaycan və rus dillərini səlis bilməli;
∙ 1 il müştəri xidmətləri (satış, xidmət və s.) sahəsində iş təcrübəsi arzuolunandır;
∙ Stomotologiya sahəsində iş təcrübəsi böyük üstünlükdür;
∙ MS Office, Outlook (istifadəçi səviyyəsi);
∙ Müştəri yönümlü xidmət prinsipləri;
∙ Savadlı nitq və yazı;
∙ Müştəriyə fokuslanma bacarığı;
∙ Təzyiq altında işləmə bacarığı;
∙ Emosional sabitlik;
∙ Onlayn cavablama bacarıqları;
∙ Satış bacarıqları arzuolunandır.

Vəzifələr:

∙ Daxili prosedur, müvafiq sənəd və proqramlarda əks etdirilən qaydalara əsasən Əlaqə Mərkəzi (ƏM) vasitəsilə xidmət göstərmək;
∙ Təşkilatın biznes istiqamətləri tərəfindən təqdim olunan məhsul və xidmətləri barədə ətraflı məlumatlı olmaq;
∙ Müştəriləri yüksək səviyyədə xidmətlə təmin etmək; keyfiyyət standartlarına riayət etmək;
∙ Müştərilərin çətinliklərini müvafiq səlahiyyət çərçivəsində həll etmək və şikayətlərini qeydə almaq
∙ ƏM-nin ünsiyyət kanalları vasitəsilə satış həyata keçirmək.

Bizim kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

VAKANSİYA 2

Baku Agropark

İnsan Resursları üzrə mütəxəssis

İş yeri: Zirə qəsəbəsi
Son müraciət tarixi: 30.06.2021

İşin təsviri:

• İşçilərin işə davamiyyətinə nəzarət edilməsi;
• İş üçün müraciət edən namizədlərin müraciətlərinə baxılması və işə qəbul sisteminə əsasən ilkin müsahibələri təşkil edilməsi;
• Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, işçi qovluğunu hazırlamaq, əmək müqavilələrinin hazırlanması
• İşçilərin şəxsi işlərinin formalaşdırılması və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatının aparılması;
• İşçilərin məzuniyyət qrafikinin tərtib edilməsi və onun yerinə yetirilməsində iştirak edilməsi;
• Struktur bölmələrdən daxil olan bütün aidiyyatı yazılı və şifahi sorğulara nəzakətli cavab verərək problemlərin həll edilməsi;
• Elektron hökümət portalına işçilərin qeydiyyata salınması;
• Aylıq, rüblük, yarımillik kadr hesabatlarının aparılması;

Namizədə tələblər:

• Ali təhsil
• AR əmək məcəlləsi üzrə biliklər
• Təklif edilən sahə üzrə ən azı 3 illik iş təcrübəsi
• MS Office (Word, Excel, PowerPoint, Outlook) və 1C proqramları üzrə yüksək səviyyədə biliklər
• İnsan resurslarına aid əsasnamə, təlimat və digər rəhbər sənədləri bilməli
• Operativ və düzgün qərar vermək bacarığı, yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları

Əlavə məlumat:

• İş vaxtı: Bazar ertəsi – Cümə, saat 08:00 – 17:00 arası (1 saatlıq nahar fasiləsi ilə)
• Nəqliyyat və nahar şirkət tərəfindən təmin edilir

Vakansiyaya müraciət üçün [email protected] ünvanına mövzu hissəsində “İR mütəxəssisi” qeyd edərək CV göndərməyiniz xahiş olunur.

VAKANSİYA 3

A+Co ASC

“A+CO” ASC şirkəti Bakı, Gəncə və Bərdə regionları üzrə “Satış Auditi” vəzifəsinə işçi axtarışı elan edir.

Tələblər:

• Müvafiq sahədə ali təhsil (Maliyyə, Kommersiya, İqtisadiyyat və s. sahələrdə);
• Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsi;
• Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
• Səlis Azərbaycan dili bilikləri, yaxşı səviyyədə yazı qabiliyyəti;
• İrəli səviyyədə MS Office ( Word, Excel, Outlook) bilikləri;
• Şəxsi avtomobilin olması vacibdir (yanacaq Şirkət tərəfindən təmin edilir)

Vəzifə öhdəlikləri:

• Fəaliyyət göstərilən ərazidə fakturaların və müştəri borclarının yoxlanışlarını həyata keçirmək və nəticələri raportlamaq;
• Müştərilərlə imzalanmış müqavilə şərtlərinə uyğun çalışmaların yoxlanılması və raportlanması;
• Anbarda mövcud olan məhsulların sayımını həyata keçirmək və sayım nəticələrini raportlamaq;
• Ərazidə inventarların yoxlanışı və raportlanması; Kampaniyaların təsdiqlənmiş standart prosesinə uyğun həyata keçirilməsini yoxlamaq və raportlamaq;
• İsti satış sistemi ilə çalışan maşın qalıqlarının sayımları və raportlanması;
• Şirkətin proqramlarından istifadə edərək yüklü satışları və şübhəli iadələri izləmək və uyğunsuzluqları raportlamaq.
• Marketlərdə rəflərdə məhsulların son istifadə tarixinin və etiketinin yoxlanılması və raportlanması;
• Kommersiya Departamentinin şübhəli bildiyi əməliyyatlar barədə Auditora yönləndirilmiş məlumatların yoxlanılması;
• Aylıq, illik sayımlarda iştirak etmək;
• Rəhbərliyin hüquqi xarakterli digər göstərişlərini yerinə yetirmək.

İş şəraiti:

• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış Auditi” və çalışmaq istədiyi müvafiq regionu qeyd edərək [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

VAKANSİYA 4

Company

Tikinti üzrə mühasib

Vəzifə öhdəlikləri:

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Elektron portal proqramı ilə işləmək bacarığının olması.
– Aidiyyatı dövlət idarələri ilə yazılı və ya şifahi danışıqların aparılması
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi.
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi.
– Tikinti sahəsinə aid olan pul vəsaitinin uçotu və hərəkətinə nəzarəti, xərclər smetasının hazırlanmasını, iş və xidmətlərin yerinə yetirilməsinin təşkili və nəzarəti, zərarələrin qarşısı alınması məqsədilə tətbilərin həyata keçirilməsi

Tələb olunur :

– Cinsi – Qadın
– Yaş -28-50 yaş
– Müvafiq sahədə ən az 3 il təcrübə
– Kompüter bilikləri
– Dinamiklik, yüksək diqqətlilik, analitik təhlil etmə bacarığı
– Əmək haqqı: 1000-1200 AZN
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş vaxtı Həftədə 6 gün

Maraqlanan namizədlər Şəkilli CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərlər.

VAKANSİYA 5

Claus Marsh

Position: Business Development Specialist

We are looking for Specialists for BD department in UK pharmaceutical company / Representative Office in Azerbaijan.
All of you, who has Perseverance in character, Self-confidence and Ambition! Fluent knowledges of English and Russian – important! If you have education abroad! If you have Procurement, Sales and Marketing, Analytical skills! Just send your CV!

Responcibilities:

Сonstant work with the existing base of suppliers; Researching of new suppliers in the global market; To be responsible for all correspondence with suppliers of comany; Organize and participate TC meetings with foreign clients; Market analysis of countries where we have our representative offices (Bulgaria, UAE, Ukraine, Kazakhstan, Uzbekistan, Georgia, Russia); To develop the existing product portfolio of the company; Manage the stocks; Risks analysis; Request of products in time; Looking for new blockbasters for all markets of our representative offices; Constantly improve own portfolio of clients.

Requirements:

Russian – fluent; English – fluent; Conversation skills; Presentation skills; Researching skills; Perseverance; Analysis skills

Experience:

Experience in Business Development, Procurement area – preferable.

Education:

Abroad education is preferable; Pharmaceutical education is preferable

Salary: Negotiable (depend of potential of candidate)

Start date: ASAP

How to apply:

Please send your CV to [email protected] e-mail address.

Please check the subject : Business Development Specialist

Applications will be reviewed against position requirements and only shortlisted candidates will be contacted.

VAKANSİYA 6

National Oilwell Varco

Job Title : Human Resources Administrator – Regional

As HR Admin, you will be joining our HR Services Team based Baku, Azerbaijan. This is a critical role where you will work as part of a team in offering cross functional/county HR support to both internal and external customers ensuring of our Service Delivery Objectives across the Region, supporting HR Admin Team within R/CIS and Europe. As HR Representative you will be able to adapt to changing priorities and requirements whilst exercising good judgement based on business need as well as be quick to identify critical information and respond appropriately. You will be committed to self-improvement and development. With proficiency in Russia/English/French language skills we will expect you to assist/support where/when needed HR Admin Centre.
*Internal Description (appears in job description on career site)

DUTIES & RESPONSIBILITIES:

– Preparation of contractual documentation for new hires seeing through end to end. Follows up with candidates relative to pre-hire documentation and follows through per full process through to Hire.
– Record/arrange all the required changes related to employee Job Function/Duties/Contract
– Distribute/communicate/obtain needful documents
– Make sure all the documents signed and stored in appropriate manner
– Provide/assist/instruct employees/managers with all needful information
– Process all termination paperwork
– Work closely with Payroll, provide all documentations in timely manner
– Work closely with Supervisors/Managers to track absence and timekeeping data
– Establish and Maintain filing system
– Ensure all statuary documentations are in place for accurate time keeping (persona/sick leaves, vacations and etc.)
– Prepare and submit all Statuary reports in timely manner
– Collect Migration related documentations
– Work as a 1st line contact person between internal customers and external HR Service providers
– Ensure all data accurately gathered and provided
– Ensure all requests fulfilled in timely manner
– Assist with Organization of HR Admin activities in accordance with NOV overall development goals and specific areas of HR policy to achieve effective use and professional development of employees
– Keep HCM system up-to-dated with needful records

QUALIFICATIONS:

Essential:
Knowledge and expertise in Azerbaijan Labor Regulations
Strong knowledge/expertise of HR record keeping
1C Program Expertise

Languages:
English – Full Professional Proficiency
Russian – Native speaker
Azerbaijan – Native speaker
French – Intermediate

Please submit your CV – NOV Careers https://inside.nov.com/corp/Careers/Pages/default.aspx

VAKANSİYA 7

Lazzoni mebel

Lazzoni mebel mağazaları üçün Müdir vakansiyası.

İş barədə məlumat

– Şirkət tərəfindən müəyyən edilmiş satış planını həyata keçirmək
– Bazarın araşdırılması, potensial müştərilərin müəyyən edilməsi
– Müştərinin ehtiyaclarını və gözləntilərini analiz edib onun istəklərinə uyğun həll yolları tapmalıdır
– şərtsiz müştəri məmnuniyyətini ön planda tutaraq. İşlədiyi mağazanın satış hədəflərini gərcəkləşdirməlidir
– Layihələndirilmiş satışların, satış sonrası xidmətiləri də daxil olmaqla prosedur qaydalarına uyğun olaraq idarə edəcək.
– Satışın planlaşdırılması və icrası.
– Satış menecerlərinin təlimatlandırıması, hədəflərin təyin olunması
– Satış və qiymət strategiyasının hazırlanmasında, strateji planlaşdırmada öz səlahiyyətləri daxilində iştirak etmək
– Müştəri bazasının artmasını və keyfiyyətini təmin etmək
– Mövcud müştərilərlə mütəmadi əlaqə saxlamaq, əlaqələri inkişaf etdirmək, müştəri məmnuniyyətinin ölçülməsini təmin etmək

Namizədlər üçün tələblər

– Ali təhsilli
– Memarlıq və Dizayn bölümündən olan məzunlara üstünlük verilir.
– Yaş həddi: 35-40

Professional Biliklər:

– Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili orta səviyyədə
– MS Office Proqramlarını mükəmməl bilmək
– Müştəri xidmətləri
– Satış üsulları

Professional Bacarıq və Kompetensiyalar:

– Pərakəndə satış sahəsində iş kariyerası və ən az 3 il iş təcrübəsi olan
– Mağaza və satış sahəsində kariyera planı olan
– İnteryer ve dizayn sahəsində yenilikləri və trendləri yaxından təqib edən
– İdarəetmə bacarıqları
– Liderlik
– Satış bacarıqları
– Ünsiyyətcil olmaq
– Həftə sonu çalışma əngəli olmayan

Əmək haqqı: 1000-1500 + Aylıq Bonus

E-mail: [email protected] və [email protected]

VAKANSİYA 8

Brightman BMC MMC

Brightman BMC MMC şirkəti İxrac üzrə mütəxəssis vakansiyasına qəbul elan edir.

Brightman BMC MMC şirkəti premium seqmentə aid olan meyvə və tərəvəzlərdən konserv məhsullarının istehsalı, satışı və ixracı ilə məşğul olur.

Şirkətin məhsulları Rusiya, Ukrayna, Qazaxstan, Polşa, BƏƏ, ABŞ, Yaponiya kimi ölkələrə ixrac olunur.

Şirkət ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə yeni ixrac komandası formalaşdırır.

İş funksiyaları

• Şirkətin istehsal etdiyi məhsulları müxtəlif xarici bazarlarda idxalçı və topdansatış şirkətlərinə təklif etmək
• Şirkət adından ixrac bazarlarında fəaliyyət göstərən partnyor şirkətlərlə danışıqlar aparmaq
• İxrac prosesini təşkil etmək
• İxrac edilmiş məhsulların ixrac prosesindən sonrakı mərhələdə satış, marketinq və digər prosesləri izləyib şirkət rəhbərliyini məlumatlandırmaq
• Müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgilərdə şirkəti təmsil etmək, hər zaman Made in Azerbaijan brendinin mənafeyini qorumaq

Namizədlərə qoyulan tələblər

• Ali təhsilli olmalı
• 25-40 yaşları arasında olmalı
• İngilis, Rus və Azərbaycan dillərini sərbəst bilməli
• Qeyri-neft məhsullarının, habelə qida məhsullarının ixracı sahəsində ən azı 3 (üç) il iş təcrübəsi olmalı
• Pozitiv, kommunikativ, komandada çalışa bilən və qeyri-standart vəziyyətlərlə işləməyi bacaran olmalı
• Sərbəst və innovativ işləmə qabiliyyəti olmalı
• Məsuliyyətli, enerjili və çalışqan olmalı

İş şəraiti

• İş qrafiki bazar ertəsi – cümə günləri, normal iş saatları
• Əməkhaqqı – fiks 600 AZN və aylıq ixrac dövriyyəsindən yüksək faiz
• Davamlı inkişaf və yeni karyera imkanları

Maraqlananlar tamamlanmış CV-ni [email protected] e-mail ünvanına göndərə bilərlər.

VAKANSİYA 9

A+Co ASC

“A+CO” ASC şirkəti “Satınalma üzrə mütəxəssis” vəzifəsi üzrə işçi axtarışı elan edir.

Tələblər:

• Müvafiq sahədə Ali təhsil;
• Minimum 3 il iş təcrübəsi;
• Xarici dil bilikləri: Rus dili mükəmməl, İngilis dili yaxşı səviyyədə olmalıdır ;
• İrəli səviyyədə MS Office proqram bilikləri;
• Yaxşı yazı və ünsiyyət, vaxtın idarə edilməsi bacarıqları;
• Xarici ölkələrə ezam gedilməsinə açıq olmalı;

Vəzifə öhdəlikləri:

• Sifarişlərin təşkili və idarə edilməsi;
• Xarici və yerli təchizatçılarla satınalma prossesinin vaxtında, müəyyən olunmuş prosedur-qaydalara uyğun şəkildə icra edilməsi;
• Məhsulun uyğun qiymətə, tələb olunan keyfiyyətdə və həcmdə vaxtında satınalınmasının təmin edilməsi;
• Satınalama əməliyyatlarının analizinin həyata keçirilməsi: müqavilə şərtlərinin uyğunluğunun yoxlanılması, təqdim olunan malların, işlərin və xidmətlərin razılaşdırılmış şərtlərə əsasən icra olunmasının izlənilməsi.
• Mövcud xammal, mal-material bazarını araşdırmaq, alış qiymətlərinin aşağı salınması üçün tədbirlər görmək;
• Alternativ tədarükçülərin axtarışını və tenderlərin keçirilməsini təşkil etmək;
• Təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
• Yeni təchizatçılarla işgüzar münasibətlərin təmin edilməsi və inkişaf etdirilməsi;
• İllik, aylıq satınalma datalarını analiz etmək və hesabatların rəhbərliyə təqdim olunmasını təmin emtək;
• Xammal və digər malların satınalma və logistika prossesinə nəzarət etmək, aidiyyatı şöbələrlə işbirliyi aparmaq.
• Ödəniş sorğularının həyata keçirilməsi, ödənişlərə nəzarət edilməsi;
• Ümumi xərclərə nəzarət edilməsi və aidiyyatı şəxslərə hesabat verilməsi;
• Həvalə olunmuş digər aidiyyatı işlərin düzgün və vaxtlı-vaxtında yerinə yetirilməsinə görə məsuliyyət daşımaq.

İş şəraiti:

• İş yeri: Xırdalan şəhəri
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Nahar Şirkət tərəfindən təmin olunur;
• Əmək haqqı namizdəin bilik və bacarıqlarına uyğun olaraq razılaşma əsasında təyin olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə ” Satınalma üzrə mütəxəssis ” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

VAKANSİYA 10

Sabah Group LLC

ANBARDAR-SATICI

Tələblər:

– Cinsi: Kişi
– Yaş həddi 20-40 arası
– Ofis proqramlarında orta səviyyədə işləyə bilmə bacarığı(üstünlük)
– Müştərilərlə yüksək səviyyədə ünsiyyət
– Səmimi, aktiv, dinamik, səbrli və gülərüz
– Kollektivlə işləmək bacarığı
– Azərbaycan dili səlis, rus dili orta bilənlərə üstünlük veriləcək

Vəzifələr:

– Mağaza menecerinin tapşırıqlarının vaxtında və səlis yerinə yetirilməsi
– Müştəri məmnuniyyətinin təmin olunması
– Müştərilərinin seçimlərində yardımçı olunması, onlara məhsullar haqqında dolğun informasiyanın verilməsi
– Malların qəbulu
– Malın anbarda yerləşdirilməsi
– Anbarın hesabatının aparılması
– Anbardakı malların dövriyyəsinin analizi
– Anbara malların yüklənməsi və boşaldılması
– Düzgün malların seçimi və vaxtında çatdırılma
– Satışla məşğul olmaq

İş şəraiti:

– Əmək haqqı 350 azn + satışdan gələn bonuslar
– İş qrafiki 6 gün, 1 gün istirahət
– Növbəli iş qrafiki
– Bu vəzifə sahibləri müqavilə ilə maddi-məsuliyyətli şəxs hesab olunurlar.
– Bütün sənədləşdirmə işləri Azərbaycan Respublikasının Əmək məcəlləsinə uyğun olaraq aparılır.

Maraqlanan şəxslərin CV lərini “Anbardar-satıcı” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

СКЛАДЧИК-ПРОДАВЕЦ

Требования:

– Пол: мужской
– Возраст: 20-40 лет
– Умеренная способность работать в офисных программах
– Умение общаться с клиентами
– Искренний, активный, динамичный, терпеливый и улыбчивый
– Умение работать с командой
– Предпочтение будет отдаваться тем, кто свободно говорит на азербайджанском языке и кто свободно говорит на русском

Должность:

– Своевременное и точное выполнение задач менеджера магазина
– Удовлетворять потребность клиентов
– Помощь клиентам в их выборе, предоставление им точную информацию о товарах
– Прием товара
– Правильное размещение товаров
– Ведение учётов склада
– Анализ товарооборота склада
– Организация погрузочно-разгрузочных работ на складе
– Подбор и своевременная доставка нужных товаров
– Погрузка и разгрузка складских товаров
– Правильный подбор и своевременная доставка
– Продажа товаров

VAKANSİYA 11

Think Wise Business Consulting

Kreativ Müştəri mütəxəssisi

Vəzifə Öhdalikləri

• Müştərilərlə əlaqələrin yaradılması
• Soyuq zənglər ederək xidmətlərimizə uyğun müştərilərin tapılması
• Müştərilərlə danışıqların aparılması
• Sosial media hesabının idarə olunması və postların hazırlanması
• Müştərilərimiz üçün qrafik dizayn işlərinin və təqdimatların hazırlanması

Namizəddə Tələblər

• Xanım namizəd tələb olunur
• Kreativ ideyalara sahib olmalı
• Qrafik dizayn (Photoshop, CorelDRAW və ilustratrator) kimi proqramlarda işləmə bacarığı
• Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmağı bacarmalıdır (ingilis dilini bilməsi arzuolunandır)
• Komanda işləmək və stress şəraitində işləmək qabiliyyəti
• Gülərüz, ünsiyyətcil, məsuliyyətli və diqqətli olmalı

Vakansiya ilə maraqlanan şəxslər CV-ni portfolio ilə birgə: [email protected] ünvanına göndərə bilərlər.
Ünvan: Xətai, Azure Business Centre, 118, mərtəbə 17

VAKANSİYA 12

Siyazan Broiler

Şirkət: “Siyəzən Broyler“ ASC

Vakansiya: İnsan resursları üzrə mütəxəssis

Tələblər:

• Yaş: 21-35;
• Təhsil: Ali təhsil;
• Təcrübə: Minimum 1 il (İstehsalat təcrübəsi üstünlükdür);
• Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl şəkildə bilməli;
• Kadr kargüzarlığı haqqında yüksək səviyyədə biliyə malik olmalı;
• Kompüter bilikləri: MS Office (Word, Excel) və 1C programında işləmək bacarığı;
• Peşəkar ünsiyyət bacarığı;
• Analitik düşünmə qabiliyyəti;
• İşində məsuliyyətli və dəqiq olmalı.

Vəzifə öhdəlikləri:

• İşçilərin şəxsi işlərinin formalaşdıraraq qaydaya salınması, habelə əmək fəaliyyəti ilə bilavasitə bağlı olan dəyişikliklərin müntəzəm olaraq qeydiyyatının aparılması;
• İşçilərin əmək kitabçalarında vaxtında qeydlərin aparılması, onların qorunması, əmək stajının hesablanması, habelə cari və əvvəlki əmək fəaliyyəti haqqında arayışların verilməsi;
• İşçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılmasıvə məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
• İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət edilməsi;
• Məzuniyyət və əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən müvafiq hesablamaların təşkili və nəzarət edilməsi;
• Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün icra olunmasının təmin edilməsi.

İş şəraiti:

• İş qrafiki: 09:00-18:00
• Ünvan : Siyəzən rayonu ərazisi
• Əmək haqqı: 500-700 AZN
• Nahar və servis şirkət tərəfindən təmin olunur.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün (+994) 55 500 54 12 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

VAKANSİYA 13

Prior Leasing

Prior Leasing” şirkəti 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilmişdir. Şirkət ölkənin bütün regionlarında müştərilərinə rahat və operativ xidmət göstərmək məqsədilə, yeni filialların yaradılmasına və iş prosesində innovativ texnologiyaların istifadəsinə üstünlük verir.

Hazırda əsas istiqaməti kənd təsərrüfatı texnikasının lizinqi olan “Prior Leasing” bugün müştəriləri olan fərdi sahibkarlara və yerli şirkətlərə yüzlərlə kənd təsərrüfatı texnikası və aqreqatlarını, suvarma sistemlərini, soyuducu anbarlar və emal avadanlıqlarını, tikinti texnikalarını həmçinin iri və xırda buynuzlu damazlıq heyvanlarını sərfəli lizinq şərtləri ilə təklif edir. “Prior Leasing” şirkəti “Dövlət Aqrar Kredit və İnkişaf Agentliyi”nin Müvəkkil Kredit Təşkilatı seçilərək öz müştərilərinə Agentliyin vəsaitləri hesabına güzəştli lizinq təklif etməyə nail olmuşdur.

İşəgötürən: “Prior Leasing” ASC

Vəzifə: Mühasib (mütəxəssis)

İşin təsviri:

– Gündəlik olaraq E-Gov.Az portalindan yeni gələn YGB-lərin işlənməsi.
– İdxal olunan malların maya dəyərinin hesablanması.
– Satış qiymətinin təyin edilməsi və sistemə daxil edilməsi.
– GNİ əməliyyat sisteminə idxal olunan malların işlənməsi, xərclərin əlavə edilməsi.
– Yeni malların faktiki anbar qalığına əlavə edilməsi.
– Satılmış mallar üzrə TTA və buraxılış vərəqəsinin tərtib olunması, təhvil verilmiş mallar üzrə GNİ əməliyyat sistemində gəlir xərcin tanınması və Faktiki anbar qalığından həmin malların silinməsi.
– Satılan mallar üçün e-qaimənin yazılması və Vergi Kargüzarlığına daxil edilməsi.
– Aylıq satış hesabatların hazırlanması.
– Anbarlararası yerdəyişmənin təşkili.

Namizədə dair tələblər:

– Maliyyə və Mühasibatlıq sahəsində ali təhsil;
– Mühasibatlıq üzrə ən azı 3 il iş təcrübəsi (istehsal, ticarət, inşaat);
– MS Office (xüsusilə MS Excel), 1c 7.7 və 1c 8.3, BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı;
– GNİ Sistemi, E-taxes.gov.az, e-gov.az (YGB izlənilməsi), Bitrix24, Azpetrol, Google sheet faktiki anbar qalığı cədvəli;
– Vergi qanunvericilikləri üzrə məlumatlı;
– Azərbaycan və Rus dilləri- sərbəst;
– İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran;

İş qrafiki:

– 6 günlük iş həftəsi
– Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir

Maraqlanan namizədlər mövzu yerində “Mühasib (mütəxəssis)” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

QEYD: İşə qəbul proseduruna uyğun olaraq vakansiya üzrə namizəd seçimi testləşdirmə və bir neçə mərhələdən ibarət olmaqla müsahibə əsasında həyata keçirilir.

VAKANSİYA 14

“Business Service Center” MMC – Aparıcı Mühasib

Namizədə olan tələblər :

– Müvafiq sahədə minimal 3 il iş təcrübəsi;
– AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli;
– İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə ali təhsil;
– MS Office, 1C 8.2, 8.3 ;
– Şəxsi keyfiyyətlər : stresədavamlı, liderlik xüsüsiyyətləri olan, təşəbbüskar, analitik düşüncə tərzi, pozitiv iş münasibətləri qura bilən, dəqiq və məsuliyyətli;
– Azərbaycan dili (Rus və İngilis dili bilmək arzuolunandır);

İcra edəcəyi əmək funksiyaları:

– Elektron qaimə-fakturaların portala daxil edilməsi
– Ödəniş tapşırıqları və ya internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi
– İdxal olunmuş malların maya dəyərinin hesablanması
– Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması
– Gəlir və xərc sənədlərinə nəzarət edilməsi
– Vergi, DSMF (vahid müzdlu bəyannamələr), statistika və digər dövlət qurumlarına hesabatların təqdim edilməsi

İş vaxtı: I-V günlər 09:00 – 18:00, VI- 09:00-13:00

Əmək haqqı 1200-1300 AZN

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Aparıcı Mühasib” qeyd etməklə göndərmələri xahiş olunur.

VAKANSİYA 15

Pate Patisserie

Mağazada (patisserie) müdiri

Vəzifə öhdəlikləri:

• Personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;
• Müştərilərdən daxil olan hər bir informasiyaya operativ reaksiya vermək və həll etmək;
• Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;
• Mağaza heyəti tərəfindən müştəri məmnuniyyətinin təmin edilməsinə nəzarət etmək;
• Mağazanın fəaliyyətinə aid hesabatların təqdim edilməsi;
• Mağaza çalışanlarına düzgün satış strategiyasını öyrətmək və təlim keçmək;
• Mağazada xidmət standartlarının həyata keçirilməsi;
• Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək;
• Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;
• Mağazanın fəaliyyətini itki və xərclərin azaldılması hesabına optimallaşdırmaq;
• Mağazada satılacaq məhsulların sifarişini formalaşdırmaq və vaxtında istehsalat bölümünə təqdim etmək

Tələblər

– İş təcrübəsi 5 il
– Yaş 30 – 50
– Ali təhsil arzu olunandır
– Həmin sektorda ən azı 3 – 4 il təcrübə arzuolunandır
– Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı
– Satış texnikası və prinsiplərini bilmək
– Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək
– İşgüzar davranış etikası
– Xoşgörünüşlü
– Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik
– Karyerasını satış sahəsində qurmaq istəyi
– Azərbaycan Dili (əla), Rus dili (əla)
– Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook)

İş rejimi və əmək haqqı:

• Həftədə 6 gün, saat 09:00-18:00 (müştəri ehtiyacına görə iş saatı dəyişkən ola bilər)
• Təcrübəyə görə sabit əmək haqqı və satışdan 5 % bonus

Maraqı olan şəxslər CV-ni “Mağaza Müdiri” başlığı altında qeyd olunan elektron ünvanına göndərə bilərlər: [email protected]

fed.az