Türkiyədə ən böyük dəniz təmizləmə səfərbərliyi elan edilib

217

Türkiyədə ən böyük dəniz təmizləmə səfərbərliyi elan edilib.

AZƏRTAC xəbər verir ki, ölkənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi tərəfindən başladılan səfərbərliklə bağlı təlimat Mərmərə dənizinə sahili olan yeddi vilayətin bələdiyyəsinə göndərilib.

Xatırladaq ki, bu ilin fevral ayından etibarən Türkiyənin Mərmərə dənizində hər gün artan selik təbəqəsinin mənbəyinin araşdırılması məqsədilə qardaş ölkədə dəniz elmləri üzrə mütəxəssis qrupu tərəfindən tədqiqat aparılıb.

Layihə Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi tərəfindən həyata keçirilir.

İstanbulun müxtəlif sahillərindən Mərmərə dənizində köpük halında özünü büruzə verən bu qatı selik təbəqəsi dənizin daha çox dib hissələrində toplanır. Bu da dəniz canlılarının tələf olması ilə nəticələnir. Bundan əlavə, selik təbəqəsi ətrafda pis qoxu ilə də müşahidə edilir.