Yaponiyada kapitanın köməkçisi həbs edilib

233

Rusiyaya məxsus “Amur” balıqçı gəmisinin kapitanının üçüncü köməkçisi üç yerli balıqçının ölümü ilə nəticələnən qəza ilə əlaqədar Yaponiyanın Mombetsu şəhərinin sahil mühafizəsi tərəfindən həbs edilib.

“Seanews.az” xəbər verir ki, kapitanın üçüncü köməkçi gəminin düzgün idarə etməməkdə ittiham olunur.

Səlahiyyətli şəxslər heyətin səyahətə davam etməsi üçün lazım olan sənədlərini girov götürüb.

Xatırladaq ki, hadisə mayın 26-da Hokkaydo adasının sahillərində baş verib. Qəza nəticəsində Yaponiyaya məxsus “Hokko-maru 8” adlı balıqçı gəmisinin 3 heyət üzvü həlak olub.