ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin yeni döyüş gəmisinə Avstraliya paytaxtının adı verilib

47

Pentaqon yeni üzən vasitəni Avstraliyanın Kanberra şəhərinin şərəfinə adlandırıb.

“Seanews.az” xəbər verir ki, gəminin adlandırılma mərasimi iyunun 7-də baş tutub.

Avstraliyanın hərbi attaşesi Metyu Hadsonun sözlərinə görə, gəmiyə bu adın verilməsi ABŞ və Avstraliya arasındakı möhkəm dostluğun sübutudur.

“Kanberra” sahil zonasında əməliyyatlar üçün nəzərdə tutulub. Suyaoturumu 3200 ton olan gəminin heyəti 75 nəfərdən ibarətdir. Gəmi qanadlı raketlərlə təchiz olunub. Sürəti 80 km/saat olan “Kamberra” ABŞ Hərbi Dəniz Qüvvələrinin ən sürətli gəmilərindən biri hesab olunur.